Image default
AZƏRBAYCAN DİNİ

Ocaqnejatın ofisi beyinləri zəhərləyib: Meyxanaçılar, rövzəxanlar….

Azərbaycan tarixin periodunda müxtəlif dinlərin və sivilizasiyaların kəsişmə məkanı statusunu qazanıb, öz adının önünə tolerant epitetinin qoyulması haqqına sahiblənib.

SSRİ dövründə, kommunizm təbliğatlarının elementi olan elmi ateizmin cərəyan etdiyi bir zamanda belə Azərbaycan öz dini adət-ənənələrini itirməyib, bununla belə 70 illik zaman kəsiyi dinin milli səviyyəyə qaldırılması üçün tələb olunan ideoloji təməlləri sıradan çıxarıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra isə dini-siyasi ideologiyanı siyasətinin bünövrəsinə tökən dövlətlər başqa ölkələrdə yaranan ictimai-siyasi problemlərdən yararlanmaq üçün yarışa girdilər, ideoloji boşluqları siyasi maraqların önə çıxarılması ilə dini ideyalarla doldurmağa çalışdılar.

Bununla ictimai quruluş, ictimai münasibətlərdəki dini-adət ənənələri, dini inancları fərdi yaşanma müstəvisindən çıxarıb güclü siyasi-ideoloji maraqların təminatçısına çevirmək yönündə addımlara imza atıldı.

Bu məsələdə İran xüsusi canfəşanlıq göstərirdi, İranın Azərbaycan xalqının inancına öz ideoloji baxışı ilə “işıq” salmağa çalışmasının fəsadları da az olmayıb, bəziləri bu işığa yığışıb siyasi ritorikanı dilə gətiriblər. İnancdan siyasi təhdid kimi istifadə… Necə də təhlükəlidir!

Din xadimindən daha çox məzhəb maraqlarına uyğun peşəkar təbliğatçı kimi yetişməsini hədəfləyən siyasət Azərbaycanda casus şəbəkəsinin formalaşması yönündə atılan addımların tərkib hissəsi idi.

Prosesi tamamlamaq üçün İranda dini təhsil almış şəxslər təbliğatda məntiqi ardıcıllıqla fəlsəfi biliklərindən psixoloji təsir vasitəsi kimi yararlanırdılar.

Bəli, yanılmırıq, zaman bunun acı təcrübələrinə şahidlik edib, izlər isə hələ də qalmaqdadır.

Şəbəkənin idarə olunduğu məkanlardan biri də Bakıdakı Hüseyniyyə məscidində məskən salmış İran İslam Respublikasının ali rəhbəri Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaqnejatın ofisi idi.

Acı təəssüf və bir az da qəzəbli tonda deməyə haqqımız çatır ki, özlərində yaranan dini suallara cavab tapmaq üçün bu ofisin qapısını döyənlərin bəziləri bir zamandan sonra tora düşüb. Tora düşdüklərinə təəssüflənirik, ancaq İran maraqlarının müdafiəçisinə çevrilmələrinə hiddətlənirik.

Meyxanaçılardan Ocaqnejatın yanında gəzənlər, öz ideyalarında Necata və ya Xamneyiyə təqlid edənlər İran casus şəbəkəsinin təkərlərinin fırlanmasını təmin edən qüvvəyə çevrilirdi.

Bilmirik ağlayaq yoxsa gülək, amma Azərbaycanın dahi dramaturqu Mirzə Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindən Kefli İsgəndərin monoloqu yadımıza düşür, bu, düşünürük ki, veriləcək ən gözəl cavabdır:

“Baxın, baxın! Yaxşı baxın! Diqqətlə baxın! Sizin tarix kitabınıza bu, bir qan ilə yazılmış səhifə olacaq. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə sizi yada salıb deyəcəklər: tfu, sizin üzünüzə”.

Bəli, bəli, Cəlil Məmmədquluzadə hələ bir əsr bundan əvvəl İsfahandan təşrif buyurub insanların dini inancları üzərindən dələduzluq əməlləri törədənləri öz əsərinin mövzusuna çevirmişdi.

Bu gün dələdəzluq dini duyğuların istismar olunması ilə siyasi möhtəkirlik və geosiyasi maraqların təmini səviyyəsinə qədər qalxıb, Şeyx Nəsrullah təkcə qanunsuz ticari maraqlarını təmin edirdisə, bu gün bura böyük siyasi maraqlar da əlavə olunub.

Ocaqnejatın ofisi bu zamana qədər Azərbaycanda məzhəb təəssübkeşliyini qabartmaqla xalqımızın dini inancını monopoliyaya almaq cəhdlərinin ideya istiqamətlərini müəyyənləşdirən “beyin mərkəzi” funksiyasında fəaliyyət göstərib.

Ocaqnejatın çox insana Qum dini hövzəsinin kitablarını verib, “Hüseyniyyə” meydanından “Hüseyniyyə” məqamına keçərək vətənimizdə “mədəniyyət” aşılamağa cəhdlər göstərib.

Bu “mədəniyyət”in daşıyıcısı olmağı özünə şərəf bilənlər, meyxanaçılar, rövzəxanlar bu gün də mövcuddur, imam adlarını çəkməklə, üzlərinə qəmli təbəssüm verməklə insanların sarı siminə toxunurlar, lakin dillərində ideoloji təbliğatlarını əsirgəmirlər.

Olsun, Azərbaycan dövləti onsuz da zamanla İran casus şəbəkəsinə qarşı tədbirlər görüb, onların həlqələri daralıb, Vətən müharibəsindən sonra isə ümumiyyətlə bir küncə sıxılıblar. İranın Azərbaycana qarşı tutduğu qeyri-konstruktiv mövqeni pərdələməyə çalışır, arqumentləri tükənəndə isə trol şəbəkəsi ilə təhqirlər, hədyanlar, təhdidlər yağdırırlar.

Hə, cənab Ocaqnejat, nə olur-olsun, nə qədər çalışsanız da, ətrafınızda şəbəkə yaratsanız da, Azərbaycan xalqının içindən gələn dini duyğularını istismar edə bilmədiniz, elə İranın bəd və gizli əməlləri də xalqımızda sizin zərərli ideologiyanıza qarşı immunitet formalaşdırdı.

Oktyabrın 5-də Azərbaycan Daxili İşlər Nazirliyi virus yayılması, daha doğrusu koronavirusun yayılması səbəbilə sizin ofisi qıfılladı. Yəqin ki, epidemioloji vəziyyətin təhlili nəticəsində bu qərar verilib, tibb mövzusundan anlayışımız çox aşağı səviyyədə olduğuna görə, buna bir söz demirik. Ancaq sizin ofisinizin ictimai rəyi zəhərləyən viruslar yetişdirməsi faktdır.

Kateqoriya üzrə digər xəbərlər

Ən dadlı pryanik belə hazırlanır – RESEPT

Admin

Prezident: “Köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır, kim yerləşdirib onları?”

Admin

Azərbaycan əhalisinə MÜHÜM XƏBƏRDARLIQ: sentyabrın 1-dən SƏRT CƏZALAR OLACAQ – RƏSMİ/VİDEO

Admin

Regionlarımızın davamlı inkişafını daha da stimullaşdıracaq yanaşmalar dəyərləndirilməlidir

Admin

Avtomobil yolları ilə bağlı illik hesabat AÇIQLANIR – CANLI YAYIM

Admin

Minaların təmizlənməsində erməni hərbçilərindən istifadə etməliyik – Professor

Admin

Şərh yazın