Image default
SƏHİYYƏ

Nazirlikdən koronavirusa yoluxan polislərlə bağlı AÇIQLAMA

Polis əməkdaşları fiziki cəhətdən sağlam olduqları üçün koronavirusa yoluxduqda bu xəstəliyi yüngül keçirirlər.

Bu sözləri koronavirusa yoluxan polis əməkdaşlarının səhhəti barədə danışan Daxili İşlər Nazirliyinin mətbuat katibi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, koronavirusa yoluxan polis əməkdaşlarından bəziləri artıq müalicə olunaraq evə buraxılıb:

“Ölkədə koronavirusla əlaqədar karantin rejimi başlayandan polis əməkdaşları buna nəzarəti həyata keçirir. Xidməti fəaliyyətlə əlaqədar gün ərzində çox sayda insanla ünsiyyətdə olduqları üçün onların virusa yoluxması qaçılmaz idi. Hazırda bir neçə əməkdaşımız virusa yoluxub. Onlardan sağalıb evə buraxılanları da, müalicəsi davam etdirilənlər də var. Polis sıralarına fiziki cəhətdən sağlam gənclər qəbul edilir deyə, onların müalicəsi də həm effektiv olur, həm də tez başa çatır”.

Kateqoriya üzrə digər xəbərlər

Həkimlər köçürülür, poliklinikalar boş qalır: Sumqayıtdakı tibb müəssisələrində nə baş verir? – AÇIQLAMA

Admin

Türkiyədə altı azərbaycanlı koronavirusdan öldü – RƏSMİ

Admin

ABŞ-da vaksin vurdurmayan məmurlara SƏRT XƏBƏRDARLIQ

Admin

Ölkədə koronavirusu yayan bu şəxslərdir – TƏSBİT EDİLDİ

Admin

Ötən il Azərbaycanda qızılcadan 3 nəfər ölüb

Admin

Cəlilabad xəstəxanasında koronaviruslu xəstələrin qəbulu dayandırıldı

Admin

Şərh yazın