Image default
HADİSƏ / CİNAYƏT

Nazirlik külli miqdarda ziyanla bağlı prokurorluğa müraciət etdi – FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xəzər rayonunun Qala qəsəbəsində “Hyundai” markalı 99-KR-956, 99-RZ-018, 90-JO-065 dövlət nömrə nişanlı və HOWO markalı 99-ND-109, 99-EM-051 dövlət nömrə nişanlı yük maşınlarına ayrı-ayrı günlərdə qarışıq süxur yükləndiyi aşkar olunub.

Bu barədə Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, araşdırma zamanı təbiətə 9702 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi və məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Xəzər Rayon Prokurorluğuna göndərilib.

“Ərazinin nəzarətdə saxlanılması və qanunsuz qarışıq süxur daşınması hallarına yol verilməməsi üçün Xəzər Rayon İcra Hakimiyyətinə müraciət olunub”.

 

Kateqoriya üzrə digər xəbərlər

Goranboyda 58 yaşlı kişi silahla vurulub

Admin

Hindistanda tribuna çöküb, 100-ə yaxın şəxs yaralanıb – FOTO

Admin

Zaqatalada BMW yandı

Admin

“Meyvəli” bazarına gedən ailə dəhşət yaşadı – ÖLƏNLƏR VAR

Admin

Bakıda market nəzarətçisindən iş yerinə ŞOK ƏMƏL – POLİS YAXALADI

Admin

Hikmət Hacızadə vəfat etdi

Admin

Şərh yazın