Image default
HADİSƏ / CİNAYƏT HƏRBİ

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu – RƏSMİ

Avqustun 2-si saat 03:27 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Kateqoriya üzrə digər xəbərlər

FHN-dən Qırmızı Bazar istiqamətindəki yanğınla bağlı məlumat – VİDEO

Admin

Yardımlıda ata avtomobili aşırdı, oğlu öldü

Admin

Rusiyada polislər kənd sakinini döyüb öldürdülər

Admin

Masaj salonlarına silahlı hücum: Yeddi nəfər qətlə yetirilib – YENİLƏNİB + FOTO/VİDEO

Admin

Azərbaycan sərhədçiləri dənizdə əməliyyat keçirdi – FOTO

Admin

FHN: “Qəbələdəki yanğın söndürülüb”

Admin

Şərh yazın