Image default
DÜNYA

Navalnıya türmədə “Quran” verildi

Rusiyalı müxalif Aleksey Navalnı iki iddia ərizəsini geri götürüb.

“Dojd” xəbər verir ki, bunlar siyasətçiyə verilən qəzet məqalələrinin kəsilməsi və kitab verilməməsi ilə bağlı olub.

“Biri qəzetlərdən məqalələri kəsmişdi. Biz elə bildik bu idarədəndir, onlar deyirlər ki, kəsməmişik. İddianı geri götürmək istərdim, çünki indi senzuranın olmadığını qanuni olaraq müəyyənləşdirdiyimiz nöqtədəyik. Əslində hər şeyə nail olmuşuq, iddianı rədd edirəm”, – deyə Navalnı bildirib.

O qeyd edib ki, kitabları verirlər:

“Kitabların alınması məsələsi vacibdir, o, bir neçə ay çəkdi. Ancaq indi “Quran” kitabım, Vladimir Sorokinin son kitabı, hətta “İncil” kitabım var və sistem düzəldilib”.

Navalnının iddialarına baxan Vladimir vilayətinin Petuşinski Rayon Məhkəməsi hər iki iddia üzrə icraata xitam verilməsinə razı olub.

Kateqoriya üzrə digər xəbərlər

İrəvanda hərbçilər prezidenti tələb edir: Sarkisyan gəlməsə…- VİDEO (YENİLƏNDİ)

Admin

Politoloq: “Ermənistan Rusiyanın üzünə gülümsəyərək ona arxadan zərbə vurur”

Admin

Türkiyə ordusundan DAHA BİR UĞUR: 8 PKK terrorçusu MƏHV EDİLDİ

Admin

Rusiyada həkimlər sağ qadını morqa qoydular

Admin

Putindən generallara QADAĞA: bundan sonra… – FOTO/VİDEO

Admin

Hakerlərimiz erməni İŞİD-çilərin siyahısını ələ keçirdi

Admin

Şərh yazın