Image default
MƏDƏNİYYƏT

Mustafa Ceceliyə görə Bakıda restoran sahibi cəzalandırıldı – RƏSMİ

Türkiyənin məşhur müğənnisi Mustafa Cecelini Bakıya dəvət edən restoran sahibi cərimələnib.

Bunu  Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin “İstanbul Meyhane Bilgah” restoranında keçirdiyi konsert proqramında karantin qaydalarının kobud şəkildə pozulmasına görə sahibkar cəzalandırılıb.

DİN rəsmisi qeyd edib ki, iyunun 5-də Sabunçu rayon Bilgəh qəsəbəsində yerləşən “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar konsert proqramı təşkil olunub və xüsusi karantin rejimi pozulub:

“Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirin qarşısı alınıb. Restoranın sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə edilib”.

Kateqoriya üzrə digər xəbərlər

Cavanşır Məmmədov toyda qonağın başına mikrofon vurub, başı yarılıb və qanamağa başlayıb

Admin

Səmranın yeni görüntüləri gündəm yaratdı – FOTO

Admin

Məşhur xalq artisti VƏFAT ETDİ – FOTO

Admin

Məşhur supermodel Cenis Dikinson Cici və Bella Hadidi tənqid etdi – FOTO

Admin

Şirbalanın Nazlısının faciəvi həyatı – FOTO

Admin

Acun Azərbaycan vətəndaşı üçün şəxsi təyyarəsini səfərbər etdi – FOTO

Admin

Şərh yazın