Image default
DÜNYA

Müqavimət qüvvələri “Taliban”ın Pəncşiri ələ keçirməsini yalanladı – YENİLƏNİB + VİDEO

Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələri “Taliban”ın əyaləti ələ keçirməsi barədə xəbəri təkzib edib və mübarizəni davam etdirmək niyyətində olduqlarını açıqlayıblar.

“Taliban”ın Pəncşiri ələ keçirmək iddiası yanlışdır. Müqavimət Cəbhəsi qüvvələri mübarizəni davam etdirmək üçün vadinin bütün strateji mövqelərindədir. Əfqanıstan xalqını əmin edirik ki, “Taliban” və tərəfdaşları ilə mübarizə ədalət və azadlıq əldə olunana qədər davam edəcək”, – deyə müqavimət qüvvələri “Twitter” hesabında bildirib.

Daha əvvəl “Taliban” sözçüsü Zabiullah Mücahid Əfqanıstanın Pəncşir əyalətinin tamamilə “Taliban”ın nəzarətinə keçdiyini bildirmişdi.

09:16

“Taliban” Əfqanıstanın şimalında yerləşən Pəncşir vilayətində nəzarəti tam ələ aldığını açıqlayıb.

TASS agentliyi xəbər verir ki, bu barədə sentyabrın altısı səhər saatlarında  “Taliban” qruplaşmasının sözçüsü Zabiullah Mücahid məlumat yayıb.

Açıqlamada həmçinin qeyd olunur ki, vilayət üsyançılarının bir qismi məğlub edilib, qalanları isə qaçıb.

“Taliban” vilayət sakinlərinə qarşı hər hansı təzyiq və təqib həyata keçirmək niyyətində olmadıqlarını açıqlayıb.

 

Kateqoriya üzrə digər xəbərlər

23 yaşlı gənci övladlığa götürdü, sonra ona ərə getdi – FOTO

Admin

Milli Assambleyanın deputatı təxribatçı qətnamənin qəbulu “prosesini” ifşa etdi

Admin

Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi

Admin

Ermənistanda ETİRAZ DALĞASI baş qaldırdı: Putinə MÜRACİƏT

Admin

Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var – Prezident

Admin

Boşanmaq üzrə olduğu arvadını və oğlunu öldürüb intihar etdi

Admin

Şərh yazın