Image default
HƏRBİ

Müdafiə Nazirliyindən Şuşada həlak olan hərbçimizlə bağlı AÇIQLAMA

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Müdafiə Nazirliyindən  bildirilib ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.

Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq.

Kateqoriya üzrə digər xəbərlər

Tərtərdə düşmən təxribatı davam edir – VİDEO

Admin

Azərbaycan ordusu Kəlbəcərə hərəkət etmək üçün tam hazır vəziyyətdədir – RƏSMİ

Admin

Bayrağını canından çox sevən millət: Qürurlandırıcı görüntü – FOTO

Admin

Rusiya ilə müharibə etmək istəyən tarixi oxusun – Deputat

Admin

Sülhməramlılar ermənilərə qazan payladı – FOTO

Admin

Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür

Admin

Şərh yazın