Image default
HƏRBİ

Müdafiə Nazirliyindən SON DƏQİQƏ AÇIQLAMASI

Ermənistan tərəfi mayın 27-i saat 03.00 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatları ört-basdır etmək məqsədilə həmişə olduğu kimi yenə də yalan məlumat yayıb. Ermənistan əsgərləri Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində tərksilah ediliblər. Eyni zamanda tank birləşmələri daxil olmaqla ön xəttə qüvvələri konsentrasiya ediblər”.

Bu sözləri Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

“Sərhədimizi keçərək ərazimiz daxilində mina işlərini aparmağa və təxribat əməllərini törətməyə cəhd göstərən diversiya qrupunu ermənilər guya mühəndis-istehkamçılar kimi qələmə verir. Əgər elədirsə, o zaman erməni hərbi mühəndisləri Azərbaycan ərazisində nə kimi mühəndis işləri görə bilər?

Hərb işindən azacıq xəbəri olan hər bir kəs anlayır ki, kiçik qruplarla mühəndis işləri həyata keçirilmir. Bu tərkibdə qruplar kəşfiyyat-diversiya dəstələrində olur və aydındır ki, onlar məhz təxribat törətmək məqsədilə ərazimizə keçiblər. Onların məqsədi sərhəddə xidmət edən qüvvələrimizin arxasına keçərək təminat yolunu minalamaq olmuşdur. Belə ki, təminat yolundan istifadə edən qüvvələr minaya düşsünlər və şəxsi heyət arasında itkilər olsun”, – A.Eyvazov bildirib.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanlı səfir Kolumbiya radiosunda Qarabağla bağlı birgə bəyanat haqda danışdı

Admin

İki dəfə yaralansa da, yenidən döyüşə qayıdan şəhidimiz – VİDEOREPORTAJ

Admin

Cəbhə xəttində son vəziyyət – VİDEO

Admin

Düşmənin snayper qrupu məhv edildi – RƏSMİ

Admin

Vətən müharibəsi şəhidi Məmmədağa İmanovla vida mərasimi keçirilir – FOTO

Admin

Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər – FOTO

Admin

Şərh yazın