Image default
AZƏRBAYCAN

Müdafiə Nazirliyi xarici ölkə avtomobillərinin ərazimizə keçməsi ilə bağlı Rusiyaya müraciət edib

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunmuşdur.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır.

Kateqoriya üzrə digər xəbərlər

“Vaxtı gəlmişdi…” – Türk məşhurdan Qarabağ PAYLAŞIMI

Admin

Fikrət Məmmədov deputatın qardaşına yüksək vəzifə verdi

Admin

Şəhidimiz Türkiyəni YASA BOĞDU

Admin

Baş Prokurorluq bank rəhbərinin əməlləri ilə bağlı məlumat yaydı

Admin

Meşələrin mühafizəsi polisə tapşırılır? – Nazir müavinindən AÇIQLAMA

Admin

Rusiya səhiyyə nazirindən Bakıdakı universitetə simvolik hədiyyə – FOTO

Admin

Şərh yazın