Image default
HƏRBİ

Müdafiə Nazirliyi və DSX-dən birgə məlumat: “Ermənistan sərhəd boyunca vəziyyəti gərginləşdirmək istəyir”

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.

Bu sözlər Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.

Kateqoriya üzrə digər xəbərlər

İrəvanda etirazlar başladı: Hakimiyyət erməni hərbçilərin cəsədlərini soyuducularda saxlayır – VİDEO

Admin

Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı – RƏSMİ + FOTO

Admin

Azərbaycan istəsə, Türkiyə ordu göndərməyə hazırdır – Vitse-prezidentdən AÇIQLAMA

Admin

Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı – VİDEO

Admin

MN: Gecə ərzində düşmənə sarsıdıcı zərbələr endirilib

Admin

Azərbaycanın döyüş təyyarəsi və helikopterləri bugünkü döyüşlərdə tətbiq olunmayıb

Admin

Şərh yazın