Image default
HƏRBİ

Müdafiə naziri: “Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsinə başlamışıq”

“Müharibənin hər bir gününü, həyata keçirilən hər bir əməliyyatı təhlil edərək, sənəd hazırlayırıq”.

Bu sözləri “REAL TV”yə müsahibəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Vətən müharibəsində hər bir qoşun növü, günün taktikası və nəticələri qeydə alınıb:

“Bu barədə bizə Ali Baş Komandan tərəfindən tapşırıq verilmişdi. Tapşırıq əsasında müharibə dövründə hər gün həyata keçirilən əməliyyatlar, günün nəticəsi, silahın tətbiqi və onda olan nöqsanlar təhlil edilərək qeydə alınıb. Bu da təbii haldır. Döyüşlər gedən zaman bir sıra ləngimələr oldu. Ali Baş Komandan haqlı olaraq bununla bağlı idarəetmə məntəqəsinə gələrək, bəzi komandirlərə irad tutdu və xəbərdarlıq etdi. Daha sonra müvafiq tapşırıqlarını verdi və yekunda da tədbir gördü.

Odur ki, biz hər bir məsələni təhlil edirik və qeydə alınan nöqsanların aradan qaldırılması üçün tədbirlər görürük. Bu tədbirləri açıqlamayacam, bunlar sirrdir. Lakin bizə rəsmi qaydada tapşırıq verilib və biz bu istiqamətdə müvafiq tədbirlərin görülməsinə artıq başlamışıq”.

Kateqoriya üzrə digər xəbərlər

Şəhidimizlə vida mərasimi keçirilir – FOTO

Admin

Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər – FOTO

Admin

Düşmənin digər atəş nöqtəsi də yerləyeksan edildi – VİDEO

Admin

İndoneziyada hərbi təyyarə qəzaya uğradı

Admin

Vətən müharibəsi qazisi vəzifəyə təyin edildi – FOTO

Admin

Ermənilərin əsir götürdüyü Bayramla bağlı atasından AÇIQLAMA – VİDEO

Admin

Şərh yazın