Image default
DÜNYA

Mövlud Çavuşoğludan Ermənistana XƏBƏRDARLIQ

“Ermənistan vaxtilə işğal altında saxladığı və Vətən müharibəsi nəticəsində azad edilən Azərbaycan ərazilərində hər şeyi yerlə-yeksan edib, yandırıb, dağıdıb. Ancaq bu gün Azərbacan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda xeyli işlər görüb. Əminəm ki, Azərbaycan dövləti həmin əraziləri yenidən bərpa edəcək və ora həyat qayıdacaq”.

Bunu “Report”un ABŞ bürosuna müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Türkiyə Azərbaycana əlindən gələn dəstəyi verir və gələcəkdə də verəcək:

“Ancaq Qarabağda yenidənqurma işlərinin sürətlənməsi üçün ermənilər tərəfindən həmin ərazilərdə basdırılan minaların təmizlənməsi lazımdır. Bunun üçün kifayət qədər texnologiya da var. Ancaq həmin ərazilərdə minaların harada basdırıldığı məlum deyil. Ermənilər minalanmış ərazilərin bəzilərinin xəritələrini Azərbaycana veriblər, ancaq digərlərini hələ də verməyiblər.

Hesab edirəm ki, Ermənistanın ən qısa zamanda bu məsələləri asanlaşdırmaq, sülh və əməkdaşlıq münasibətlərini normallaşdırmaq istiqamətində müsbət addımlar atması lazımdır. Ermənistan həmin ərazilərdə basdırdığı bütün mina xəritələrini ən qısa zamanda Azərbaycana verməlidir. Çünki ərazilər minalardan təmizlənməlidir ki, insanlar öz yurd-yuvalarına dönərkən həyatlarını itirməsinlər. Can Azərbaycan heç vaxt tək olmayıb və biz heç bir vaxt Azərbaycanı tək buraxmayacağıq. Bunu hər kəs bilsin!”

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır – Rəhimzadə

Admin

Ceyms Bond haqqında filmdən olan avtomobil satışa çıxarılıb – FOTO/VİDEO

Admin

Ağ Evə hücumun təfərrüatı məlum oldu – VİDEO

Admin

Fətullah Gülənin qardaşı oğlu MİT əməliyyatı ilə xaricdən Türkiyəyə aparılıb

Admin

Konvoyun zabitləri onlardan qaçmaq istəyən məhbusu öldürdülər

Admin

Türkiyə iki nəhəng layihəyə başlayır: 500 min nəfər…

Admin

Şərh yazın