Image default
HADİSƏ / CİNAYƏT HƏRBİ

MN: “Azərbaycanın hərbi qulluqçusu intihar edib”

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib:

“Qeyd edirik ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatını açıqlamır.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.

Bir daha dəqiqləşdirilməmiş məlumatların yayılmasının yolverilməzliyini diqqətə çatdırırıq”.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda güclü külək ağacı maşının üzərinə aşırdı – FOTO

Admin

İranda elektrik stansiyasında partlayış baş verdi

Admin

DTX-dən əməliyyat: Həbs olunanlar var – VİDEO

Admin

63 illik nikahdan sonra eyni gündə öldülər

Admin

Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib

Admin

Düşmən qüvvə və vasitələrinin məhv edilməsinin yeni VİDEOGÖRÜNTÜLƏRİ

Admin

Şərh yazın