Image default
AZƏRBAYCAN SƏHİYYƏ

Mişustin fərman imzaladı: bu tibb işçilərinin 1 günü 2 gün sayılacaq

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əmək üzrə təqaüdləri xüsusi formada hesablanacaq.

RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş nazir Mixail Mişustin fərman imzalayıb.

Baş nazirin sözlərinə görə, tibb işçilərinin stajında xəstələrə bir gün yardım iki iş günü sayılacaq. Bu qayda yanvarın 1-dən sentyabrın sonuna qədər olacaq.

Hökumət başçısı bildirib ki, qərar prezidentin adından verilib: “Bu qərar sayəsində hər il təxminən dörd min həkim və tibb işçisi erkən təqaüdə çıxa biləcək. İlkin hesablamalara görə, onlara ödənişlər üçün hər il dövlət büdcəsindən əlavə 325 milyon rubl tələb olunur. Büdcədə belə vəsait nəzərdə tutulur”.

Hazırda Rusiyada tibb işçilərinə vaxtından əvvəl sığorta təqaüdü təyin olunur. Bunun üçün əsas şərt zəruri tibbi təcrübənin olmasıdır: kənd yerlərində bu təcrübə müddəti 25 il, şəhərlərdə isə 30 il təşkil edir.

Kateqoriya üzrə digər xəbərlər

İranda bir gündə 114 nəfər öldü

Admin

Ölkədə toylara dərhal icazə verilməlidir, yoxsa… – Həkim inanılmaz DETALLARI AÇDI

Admin

Kimlər koronavirusu ağır formada keçirir? – TƏBİB sədrindən AÇIQLAMA

Admin

Araik Aratunyana qarşı cinayət işi başlandı

Admin

Salatın Əsgərovanın oğlu nazirlikdəki işindən ayrıldı

Admin

Tanınmış vəkil koronavirusa yoluxdu – FOTO

Admin

Şərh yazın