Image default
SƏHİYYƏ

Miokard infarktı qəfləti xəstəlik deyil

Miokard infarktı – ürək əzələsinin işemik nekrozudur, qan dövranının kəskin pozulması nəticəsində əmələ gəlir. Bu zaman ürək əzələsinin müəyyən bir hissəsinə gələn qan axınının kəsilməsi nəticəsində həmin nahiyədə hüceyrələrin ölümü baş verir. Miokard infarktı həyat üçün təhlükəli ağırlaşmalar yarada bilən ciddi xəstəlikdir. Qeyd etmək lazımdır ki, miokard infarktı qəfləti xəstəlik deyil, illərlə inkişaf edir. Sağlam həyat tərzi və mütəmadi edilən müayinələrlə qarşısı alına bilər.

Dünyada xəstəliklərdən ölüm səbəbləri arasında kəskin miokard infarktı birinci yeri tutur. Kişilər qadınlara nisbətən 2.5-5 dəfə çox xəstələnir (xüsusilə cavan və orta yaşlarda). 55-60 yaşdan sonra isə menopauzanın başlaması ilə əlaqədar bu fərq əhəmiyyətli dərəcədə azalır. Son dövrlər miokard infarktı “cavanlaşıb”. Buna səbəb erkən yaşlardan başlayaraq az hərəkətli həyat tərzi, düzgün qidalanmamaq, siqaret çəkmək və digər faktorların artmasıdır. Miokard infarktından ölüm halları əsasən xəstəxanaya gedənə qədər baş verir. 80-90 % hallarda bu xəstəliyin anginoz variantına rast gəlinir. Bu halda ağrı əsasən döş sümüyü arxasında olur. Bu ağrı stenokardiya tutmasından fərqlidir, daha güclü, əzabverici olub, sıxıcı, təzyiqedici, yandırıcı, göynədici xarakterlidir, ölüm qorxusu ilə müşayiət olunur. Ağrı qəfil başlayır, maksimal intensivliyə tez çatır, dil altına nitroqliserin qəbulu ilə keçmir, adətən yalnız narkotik analgetiklərin köməyilə aradan qalxır.

Əksər xəstələrdə ağrı sindromunun pik vəziyyətində kəskin damar çatışmazlığı əlamətləri görünə bilər (çox tərləmə, başgicəllənmə, kəskin  halsızlıq, taxikardiya, ətrafların soyuması, arterial təzyiqin enməsi və s.). Həmçinin, təngnəfəslik və ritm pozğunluqları, kəskin dövrdə bədən temperaturunun yüksəlməsi də müşahidə oluna bilər.

Xəstəliyin proqnozu xəstənin stasionara nə qədər tez çatdırılmasından asılıdır. Erkən başlamış stasionar müalicə xəstənin həyatda qalma şansını artırır, ağırlaşmaların qarşısını alır, infarktdan sonrakı dövrdə fiziki və psixoemosional reabilitasiyanı yaxşılaşdırır.

Bir çox xəstəlik kimi miokard infarkt da qəfləti xəstəlik deyil və ona gətirən səbəblər illərlə formalaşır. Xəstəliyin profilaktikası üçün sağlam həyat tərzi sürülməli və xüsusilə risk qrupunda olan insanlar (ailəsində ürək problemi olan, arterial təzyiqi yüksək olan, şəkərli diabet və piylənməsi olan, siqaret çəkən və az hərəkətli insanlar) mütəmadi kardioloji müayinələrdən keçməlidirlər.

HAYAT Clinic | Kardioloq – Günay Novruzova

HAYAT Clinic – Koç Üniversitesi Hastanesi və Amerikan Hastanesinin Azərbaycanda rəsmi təmsilçisidir. Bütün prosedurlar Koç Healthcare protokollarına uyğun olaraq həyata keçirilir.

HAYAT CLINIC

Tel: (+994) 12 404-14-04

“WhatsApp”: (+994) 55 261 14 04

Ünvan: Mətbuat prospekti 35A

www.hayat.clinic

 

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 113 yeni yoluxma – RƏSMİ

Admin

Aqil Abbas hərbi hospitalı “topa tutdu”: “Müdafiə naziri, gedin və özünüz orada müalicə alın!”

Admin

Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu – YENİLƏNİB

Admin

Peyvənd bizi nə qədər müddətə qoruyacaq?

Admin

İki azyaşlı kimyəvi məhluldan zəhərlənib – AÇIQLAMA

Admin

Həkim: “Ölkəmizdə “Delta” ştammı aşkarlanarsa, sərtləşmələrə gedilə bilər” – VİDEO

Admin

Şərh yazın