Image default
SƏHİYYƏ

Minlərlə insanın gözünün çıxarılmasına səbəb olan xəstəlik İraqda görüldü

İraqın cənubundakı Di-Kar əyalətində, “qara kif” kimi tanınan mukormikozdan azı iki nəfər ölüb.

Bu barədə “Rudaw” yerli səhiyyə idarəsinin sözçüsü Ammar əz-Zamiliyə istinadən xəbər verib.

Ümumilikdə, Nasiriya şəhərində  “qara kif”ə dörd yoluxma hadisəsi və iki ölüm qeydə alınıb.

Xatırladaq ki, COVID-19 təsiri və yan təsirləri səbəbiylə yaranan mukormikoz ilk olaraq Hindistanda görünüb və ölkənin yeddi ştatında buna görə  “qara kif epidemiyası” elan edilib.

Həkimlər “qara kif”in koronavirusdan daha təhlükəli olduğu barədə xəbərdarlıq ediblər. Onların sözlərinə görə, xəstələr vaxtında və düzgün müalicə olunmazlarsa, ölüm səviyyəsi 94 faizə yüksələ bilər.

Onu da qeyd edək ki, hindistanlı həkimlər infeksiyanın beyinə düşməsinin qarşısını almaq üçün minlərlə xəstənin gözünü çıxarmaq məcburiyyətində qalıb.

Kateqoriya üzrə digər xəbərlər

Gennadi Onişenko: “Taun xəstəliyinin xaricdən Rusiyaya keçməsi istisna olunur”

Admin

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi

Admin

Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusa yoluxdu

Admin

DİN-dən həkimin xəstəni döyməsi iddiasına reaksiya – YENİLƏNİB + VİDEO

Admin

Gəncləşməyin sehrli sirri – QIZIL MASKASI

Admin

Operativ qərargahdan kütləvi yoluxma ilə bağlı YENİ XƏBƏR

Admin

Şərh yazın