Image default
HADİSƏ / CİNAYƏT SƏHİYYƏ

Mingəçevirdə təcili yardım stansiyasına hücum olub? – AÇIQLAMA

Mingəçevirdə vətəndaş Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) dava salıb.

Axşam saatlarında TTTYS-nin növbətçi bölməsinə gələn şəhər sakini dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib, avadanlıqlara ziyan vurub.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanladıq.

Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının TTTYS-na 19.09.2021-ci il tarixində saat 21:02-də Yusibova Nərgiz üçün mədə ağrısı narahatçılığı ilə çağırış edilib:

“Çağırış edən şəxsə həmin saatda növdə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib, xəstəni təcili yardım bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərib. İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb.

Xəstə təcili yardımda olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra təcili yardıma gedərək həkimdən xəstənin daha 1 saat burada qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb”.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda beşmərtəbəli binada YANĞIN – 12 nəfər təxliyə olundu

Admin

Fuad Qəhrəmanlının qızının zorlanması işini baş prokuror nəzarətə götürdü

Admin

İsmayıllıda qəza: Üç nəfər xəsarət aldı

Admin

Azərbaycanda yeni fırıldaq: “Antikoronaviruslu” çörək istehsal etdilər – VİDEO

Admin

Sumqayıtda sərxoş sürücü maşını kanala aşırdığı üçün özünü körpüdən atmaq istədi – VİDEO

Admin

Arxeoloqlar 2000 il əvvəl baş vermiş qətlin üstünü açmağa çalışacaq – FOTO

Admin

Şərh yazın