Image default
AZƏRBAYCAN DÜNYA

Mina xəritələrinin verilməsi diplomatiyamızın qələbəsidir – Deputat

“Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı sayəsində Ağdam rayonun minalanmış ərazilərinin xəritələri bizə verilib. Ölkə başçımız bütün rəsmi və qeri-rəsmi görüşlərdə məsələni önə çəkmişdi və Ermənistanı bu məsələdə məcbur edilməsinə çağırışlar etmişdi”.

Bunu açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkili bildirib ki, bu, diplomatiyamızın qələbəsidir:

“Siyasətçilərimiz və diplomatlarımız bütün səfərlərdə, mətbuatdakı çıxışlarında Ermənistanı minalanmış ərazilərin xəritələrin bizə verilməməsində hərbi cinayətlərin münaqişəsiz dövürdə də davam etdirdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Nəhayət ki, Ağdam rayonun minalanmış ərazilərinin xəritələri verildi. Ağdam rayonunda qeyd olunduğuna görə 97 min mina basdırılıb. Bu, bəşər tarixində görünməmiş dəhşətdir. Bəlli olur ki, ermənilər torpaqlarımızı işğal etdiyi dövürdə ancaq dağıtmaq və mina basdırmaqla məşğul olublar”.

Deputatın fikrincə, Ağdam rayonunu elə minalayıblar ki, Azərbaycan ordusu birbaşa hücum edib hərəkətə keçə bilməsin, böyük itkilərə məruz qalsın:

“Amma Ali Baş Komandanımız ermənilərin hiyləsini başa düşərək onlar üçün sürpriz hücum taktikasını hazırlayaraq ortaya qoydu. Ağdama arxadan gəldik və nəticədə bir güllə atmadan Ağdam rayonu bizə qaytarıldı. Ermənilər bilirdilər ki, nə vaxtsa Azərbaycan öz ərazilərini azad etmək üçün müharibə edəcək. Ona görə də torpaqlarımızı işğal etdiyi dövürdə minalayıblar. Ağdamın minalanmış ərazilərinin xəritələrin verilməsi minadan təmizlənmə işlərinin sürətlənməsinə imkan verəcək”.

Azər Badamov bildirib ki, əgər burda ermənilərin hiyləsi yoxdursa, minalanmış ərazilər konkret məlumdur və bütün ərazilərdə axtarış aparılmasına ehtiyac qalmır:

“Təbii ki, təhlükəsizliyin təmin olunması yenidən qurma və bərpa işlərinin tez reallaşmasını, o cümlədən qaçqın və köçkünümüzün qayıdışını da sürətləndirəcək. Düşünürəm ki, Ağdam rayonu başlanğıcdır və digər rayonların da minalanmış ərazilərinin xəritələrinin alınmasına nail olacağıq. Azərbaycan döyüş meydanında qalib olduğu kimi diplomatiya platformalrında da qalibdir. Çünki, ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

Kateqoriya üzrə digər xəbərlər

Baş Prokurorluqda yeni vəzifə yaradılır

Admin

Regionlara sərnişindaşıma xüsusi təlimat əsasında təşkil ediləcək – Nazirlik

Admin

Deputat: “Toylara icazə verilməlidir”

Admin

Yeni “Apple iPhone 12”

Admin

Bu gün daha 13 erməni terrorçunun məhkəməsi başlayır

Admin

Ermənilər öz bayraqlarını Kolumbiyanınkı ilə səhv salaraq, Penelopa Krusa təşəkkür etdilər – FOTO

Admin

Şərh yazın