Image default
İDMAN

Millimizin sabiq müdafiəçisi “Qəbələ”nin məşqçisi oldu

Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

Klubun rəsmi saytından verilən məlumata görə, ötən mövsüm futbolçu kimi “qırmızı-qaralar”ın heyətində olan Rasim Ramaldanov məşqçi təyin edilib.

Karyerasını başa vuran 35 yaşlı müdafiəçi Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb.

2016/17 mövsümündə “Qəbələ”də debüt edən müdafiəçi “qırmızı-qara” formada 39 oyun keçirib, bir qol vurub. O, çempionatda 32 (bir qol), kubokda dörd, UEFA Avropa Liqasında üç görüşdə iştirak edib.

Qeyd edək ki, Ramaldanov “Qəbələ”yədək “Simurq”, “Sumqayıt”, “Xəzər Lənkəran”, Gürcüstanda “Kolxeti” klublarının formasını geyinib. O, Azərbaycan millisində 16 görüş keçirib.

Kateqoriya üzrə digər xəbərlər

Millilərin AVRO-2020-də qrupdan çıxmaq şansları nə qədərdir? – SİYAHI

Admin

“Barselona”nın futbolçusu Fransa klubuna keçdi – FOTO

Admin

AFFA finalçıları cəzalandırdı

Admin

İki karateçimiz medal qazandı

Admin

UEFA həftənin qoluna namizədləri açıqladı

Admin

Pike: “İspaniyada hakimlərin 85 faizi “Real”ı dəstəkləyir”

Admin

Şərh yazın