Image default
DÜNYA HƏRBİ

Meksikada cinayətkar qruplar arasında silahlı toqquşma: 34 nəfər öldürüldü

Meksikanın Sakatekas ştatında “Yeni Nəsil Jalisko” və “Sinaloa” kartelləri arasında silahlı qarşıdurma olub.

Toqquşma zamanı azı 34 nəfər həlak olub.

Toqquşma San-Xuan-Kapistrano yaşayış məntəqəsində baş verib. Hadisə yerinə gələn hakimiyyət nümayəndələri yandırılmış iki pikap aşkarlayıblar. Toqquşma iştirakçılarının həbsi haqqında məlumat yoxdur.

Qeyd edək ki, Meksikanın ən güclü və ən şiddətli cinayət təşkilatı kimi qəbul edilən “Yeni Nəsil Jalisko” karteli bölgə və ətrafına nəzarət üçün “Sinoloa” karteli ilə toqquşur.

Meksikada 2006-cı illdə kartelləri yox etmək üçün başladılan mübarizənin səbəb olduğu atışmalarda indiyə qədər 300 mindən çox insan həyatını itirib, 340 mindən çox meksikalının yerlərindən edildiyi prosesdə təqribən 40 min nəfər isə itkin düşüb.

Kateqoriya üzrə digər xəbərlər

Masaj salonuna qəfil basqın: İş başında tutuldular

Admin

Vətən daşını yastıq edən qəhrəmanlar – VİDEO

Admin

Erməni əsgərlər arasında atışma olub

Admin

Erməni dizayner türk naxışlarını mənimsədi – VİDEO

Admin

Firdovsi Umudov: “Azərbaycan idmanının ağır artilleriyası sərhədçi çempionlardır”

Admin

Bərdəyə raket hücumu: 21 ölü, 70 yaralı – YENİLƏNİB + RƏSMİ/VİDEO

Admin

Şərh yazın