Image default
AZƏRBAYCAN HƏRBİ

Mehriban Əliyeva Tovuzda şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub.

Bununla bağlı APA məlumat yayıb.

Ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib.

Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb.

Tovuz rayonu istiqamətində şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.

Kateqoriya üzrə digər xəbərlər

Dondurma deyərək yediyimiz kimyəvi maddələr: Təhlükə sezonu başladı – VİDEO

Admin

Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı – RƏSMİ

Admin

Müdafiə Nazirliyi: “Ermənilərin ərazilərimizi tərk etmə prosesi tam detalına kimi izlənilir”

Admin

Prezidentin köməkçisindən fransalı parlamentarilərin işğal olunmuş ərazilərimizə səfəri ilə bağlı AÇIQLAMA

Admin

Qusarda hasara çırpılan maşın od tutub yandı

Admin

Deputat: “Tezliklə AŞPA iclaslarına Şuşa və Xankəndidən qoşulacağam” – FOTO

Admin

Şərh yazın