Image default
HADİSƏ / CİNAYƏT

Masallıda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb – YENİLƏNİB

Masallıda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

Ötən gün Masallı rayonunun Təklə kəndi ərazisində iki avtomobilin toqquşması nəticəsində xəsarət alan, 1962-ci il təvəllüdlü Əhliman Kərimov bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

7 fevral, saat 21:53

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Masallı rayonunun Təklə kəndi ərazisində qeydə alınıb.

Həmin kəndin sakini Ümid Zahid oğlu Tağıyevin idarə etdiyi “Hyundai” markalı 99-ZO-994 dövlət qeydiyyat nişanlı avtomobil ilə Çaxırlı kənd sakini, Namiq Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı 44-CA-448 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan 5 nəfər – sürücü, 1973-cü il təvəllüdlü Namiq Cəfərov, sərnişinlər, 1962-ci il təvəllüdlü Əhliman Kərimov, 1995-ci il təvəllüdlü Leyla Kərimova, 2017-ci il təvəllüdlü Aylin Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan biri qadın, ikisi kişi, ikisi isə uşaqdır.

Kateqoriya üzrə digər xəbərlər

FHN Ağsudakı yanğının unikal görüntülərini yaydı – VİDEO

Admin

Göyçayda qəbirin hasarını söküb oğurladı

Admin

Haiti prezidentinin qətlində iştirak edənlər saxlanıldı

Admin

Tanınmış məşqçinin oğlu vəfat etdi

Admin

Zaqatalada üç tona yaxın çətənə kolu məhv edildi – FOTO

Admin

Azərbaycanda daha iki zəlzələ hiss olunub

Admin

Şərh yazın