Image default
İDMAN

Mahir Emrelinin yeni klubunda virus aşkarlandı

Azərbaycanlı futbolçu Mahir Emrelinin oynayacağı Polşanın “Leqiya” klubunda koronavirus aşkarlanıb.

 

Varşava komandasının özbəkistanlı futbolçusu Cəsurbəy Yaxşıboyevdə SARS-CoV-2 virusu müəyyənləşib.

Belə ki, futbolçunun Polşaya gəlməzdən əvvəl verdiyi testin nəticəsi pozitiv çıxıb. 23 yaşlı sağ cinah oyunçusu indi özünü yaxşı hiss edir. O, növbəti həftə karantin müddətini başa vuraraq komandaya qoşulacaq.

Qeyd edək ki, Mahir Emrelinin bu gün tibbi baxışdan keçdikdən sonra Polşa çempionu “Leqiya” ilə 3+1 illik müqavilə bağlayacağı gözlənilir. Millimizin futbolçusu yeni klubunda 11 nömrəli formanı geyinəcək.

Kateqoriya üzrə digər xəbərlər

Həbib Nurməhəmmədovun atası vəfat etdi

Admin

Premyer Liqada koronavirus təqvimi alt-üst etdi

Admin

Azərbaycanlı idmançı İsraildəki yarışdan kənarlaşdırıldı

Admin

Neymar “Barselona”ya qarşı oynayacaq?

Admin

Bu gün Çempionlar Liqası və Avropa Liqasının püşkü atılacaq

Admin

Millimizin sabiq futbolçusunun ailə üzvləri koronavirusa yoluxdu

Admin

Şərh yazın