Image default
İDMAN

Mahir Emreli üzr istədi

Azərbaycan millisinin üzvü Mahir Emreli Millətlər Liqasını 1-ci turunda Lüksemburqla matçda qırmızı vərəqə alması barədə danışıb.

 Azerisport.com xəbər verir ki, futbolçu məğlubiyyətin məsuliyyətini öz üzərinə götürüb:

“Belə bir hal baş verdiyi üçün üzr istəyirəm. Komandanı və baş məşqçini pis vəziyyətdə qoyduğumu başa düşürəm. Həmin epizodda hislərimi cilovlaya bilmədim. Bu, mənim üçün böyük dərs olacaq və daha təmkinli olmağa çalışacağam.

Düzü, o epizodda komandanı aqressiv oyunla ruhlandırmaq istədim ki, rəqibə qarşı daha yaxşı çıxış etsinlər. Amma təəssüf ki, hər şey fərqli oldu. Komandaya kömək etmək istəyirdim, lakin daha da pis vəziyyətə saldım. Məğlubiyyətə görə bütün məsuliyyəti öz üzərimə götürməyə hazıram. Eyni zamanda tənqidləri də qəbul edirəm. Gələcəkdə bu vəziyyəti dəyişdirməyə çalışacağam”

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycan azarkeşləri Premyer Liqasız qala bilər – AÇIQLAMA

Admin

“Elon Maskın “SpaceX” layihəsi təhlükəlidir” – İngilis astrofizik

Admin

Bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Admin

Azərbaycanın tanınmış idmançısı orduya qoşuldu – FOTO

Admin

Azərbaycanlı jurnalist UEFA-nı boykot etdi: Çempionlar Liqasının oyunlarını şərh etməyəcək – VİDEO

Admin

Təbriz klubundan “Arazın o tayı da, bu tayı da” paylaşımı – VİDEO

Admin

Şərh yazın