Image default
HADİSƏ / CİNAYƏT

Mağazadan oğurluq edən şəxs tutuldu – FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mağazaya qanunsuz daxil olaraq, oradan noutbuk oğurlayan şəxsin Fərid Şərifli olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.

Aparılmış araşdırmalarla F.Şəriflinin daha bir evdən oğurluğa cəhd etdiyi də məlum olub. Saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda dörd uşaq anasının ata evinə qayıtması faciə ilə nəticələndi – TƏFƏRRÜAT/YENİLƏNİB

Admin

Yardımlıda yol çəkən maşın evin üzərinə aşdı

Admin

Oğurluq üçün orta məktəb bufetinə üz tutdu – VİDEO

Admin

Bakıda mənzilləri qarət edən gənc qız yaxalandı

Admin

Qaradağlı qətliamına dair ŞOK KADRLAR YAYILDI – VİDEO

Admin

Salyan sakinindən silah-sursat götürüldü

Admin

Şərh yazın