Image default
HƏRBİ

Maddi çətinliklə üz-üzə olan qazinin ayağına niyə protez qoyulmur? – AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsayev Ayxan İlqar oğlunun hazırda ayağına protezin qoyulmamasının səbəbini açıqlayıb.

Qurumun yanında Dövl  sorğusuna cavab olaraq bildirib ki, qazi protezlə təmin olunacaq:

“Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü İsayev Ayxan İlqar oğluna bu il iyulun 7-də Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilən şəhadətnamədə qeyd olunan ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldır amputasiyası, bud arteriyasının travması diaqnozuna uyğun olaraq ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb. Hazırda qazinin ayağında həm mil, həm də İlizarov aparatı var. Bu da onun yüksək texnologiyalı protezlə təmin edilməsinə imkan vermir”.

“Qazinin ayağının güdül hissəsi tam sağalaraq formalaşdıqdan sonra son nəsil protezlə təmin ediləcək. Bu barədə qazinin özü ilə də əlaqə saxlanılaraq ətraflı məlumat verilib”, – deyə T.Qurbanov qeyd edib.

Qeyd edək ki, Ayxan İsayev müsahibələrinin birində hər dəfə xəstəxanaya müalicəyə gedən zaman ayağına protez qoyulacağına ümid edir.

Xatırladaq ki, A.İsayevin ailəsi maddi çətinliklə üz-üzədir.

İlhamə Əbülfət 

Kateqoriya üzrə digər xəbərlər

İşğaldan azad olunan Hadrut qəsəbəsi və Tuğ kəndi havadan görüntüləndi – VİDEO

Admin

İraqın mərkəzinə aviasiya zərbələri endirildi

Admin

Oxu.Az cəbhə xəttində – Barıt qoxulu Tovuzdan FOTOREPORTAJ

Admin

Liviya müharibəsində Türkiyə qalib gəlir: General Haftar mövqelərini sürətlə itirir – TƏHLİL

Admin

Ermənilərin ümumi itkisi açıqlandı – DƏHŞƏTLİ RƏQƏMLƏR

Admin

İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirib

Admin

Şərh yazın