Image default
MƏDƏNİYYƏT SƏHİYYƏ

Məşhur hind aktrisası və qızı koronavirusa yoluxdu

Hindistanlı aktrisa Ayşvariya Ray Baççan və səkkiz yaşlı qızı Aradhinin koronavirus testi müsbət çıxıb.

Bu barədə Baççan ailəsinin yaşadığı Maharaştra ştatının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan, eləcə də aktyor və rejissor olan əri Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aktrisa bundan sonra test verib.

Hazırda Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb, orada yaşayanlar və işləyənlər iki həftəlik karantinə yerləşdirilib.

Hindistanlı fotomodel və aktrisa, “Dünya gözəli – 1994” müsabiqəsinin qalibi Ayşvariya Ray Baççan 46 yaşında olmasına baxmayaraq hələ də dünyanın ən gözəl qadınları reytinqlərində təmsil olunur. O, “Məhəbbət ritmləri”, “Devdas”, “Codha və Əkbər”, “Robot” və başqa filmlərdə çəkilib. (azərtac)

Kateqoriya üzrə digər xəbərlər

Vəziyyət pisləşə bilər, odur ki… – Həkimdən KORONAVİRUS XƏBƏRDARLIĞI

Admin

ABŞ-da “Pfizer” peyvəndi vurulan həkim öldü

Admin

Məşhur aktrisa dəyişdi – FOTO

Admin

İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ

Admin

Pop diva libası ilə diqqət mərkəzində – FOTO

Admin

Koronavirusdan sonra qalan fəsadları necə aradan qaldırmaq olar? – VİDEO

Admin

Şərh yazın