Image default
DİNİ

“Məşədi Dadaş” məscidi fəaliyyətini dayandırıb? – AÇIQLAMA

“Məşədi Dadaş” məscidi iyunun 10-da açılmayacaq.

Vətəndaşlar ibadət üçün məscidə yaxınlaşdıqlarında girişin iyunun 10-da da bağlı olacağı bildirilib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli məlumatı təsdiqləyib.

O bildirib ki, “Məşədi Dadaş” məscidində pandemiya dövründən təmir işləri başlayıb:

“Hələ pandemiya dövründə məscidlərin bağlı olduğu zaman təmir-bərpa işlərinə başlanılmışdı. Biz məscidlərin açılacağını bilmirdik. Bu səbəbdən də təmir işləri yekunlaşana qədər insanları qəbul etmək mümkün olmayacaq. Artıq neçə aydır təmir işləri başladığı üçün yarıda qoymaq qeyri-mümkündür. İyun ayının 10-dan məscidlərdə namaz qılınmasına icazə veriləcək. Lakin, təmir-bərpa işləri bu tarixə qədər bitməyəcəyi üçün biz insanları qəbul edə bilməyəcəyik. Təmirlə əlaqədar işlərinin hansı müddətdə yekunlaşacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə veriləcək. QMİ COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

Kateqoriya üzrə digər xəbərlər

Uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur

Admin

Kəbə evində Ramazan ayına hazırlıq tədbirlərinə start verilib – FOTO

Admin

Səudiyyə Ərəbistanı Həcc ziyarətinin qaydalarını açıqladı

Admin

Ərdoğan Aya Sofiyada “Quran” oxudu – VİDEO

Admin

Məhərrəm ayı bu tarixdən başlayır

Admin

Beyləqanda 12 nəfər “Aşura” mərasiminə görə saxlanıldı

Admin

Şərh yazın