Image default
SƏHİYYƏ TEXNOLOGİYA

Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? – AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda fəaliyyət göstərən məktəblərin əksəriyyətində övladlarının işləri ilə bağlı məsələni həll etmək istəyən və COVID-19 pasportu olmayan valideynlər ora buraxılmır.

İddia edilib ki, buna Təhsil Nazirliyi tərəfindən Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verilib.

Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Nazirlikdən   sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən valideynlərə COVID-19 pasportu ilə bağlı heç bir tələb qoyulmayıb:

“Nazirlik yalnız təhsil işçilərinə, müəllimlərə COVID-19 pasportu və ya əks-göstəriş sertifikatı tələbi qoyub”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı – ÖZƏL

Admin

BMT koronavirusla bağlı yeni tövsiyələr verdi

Admin

Rusiyada koronavirusdan ölənlərin sayı kəskin azaldı

Admin

Onkoloji xəstəlikdən ölən şəxsə COVID-19 diaqnozu qoymaq istəyiblər? – AÇIQLAMA

Admin

Koronavirusa yoluxan teatr direktoru: “Daha dözə bilmirəm”

Admin

Koronavirusdan ölüm riskini artıran vasitələr açıqlandı

Admin

Şərh yazın