Image default
HADİSƏ / CİNAYƏT

Məhkəmə önündə boğazı kəsilən qadın üç uşaq anası imiş

Bu gün Tərtərdə məhkəmə önündə boşanmaq istədiyi əri Anar Əliyev tərəfindən öldürülən Arzu Abbasova üç övlad anası imiş.

“Qafqazinfo” xəbər verir ki, Anar Əliyev Şəki rayonunun Sarıca kəndindəndir və cütlük evləndikdən sonra həmin kənddə yaşayıblar. Onların birgə nikahdan üç azyaşlı övladı var.

26 yaşlı A.Abbasova Tərtər rayonunda qeydiyyatda olduğu üçün boşanmaq məqsədilə həmin rayonun məhkəməsinə müraciət edib. Məhkəmə iclasından sonra binanın önündə onlar arasında mübahisə yaranıb. 34 yaşlı A.Əliyev üzərində gəzdirdiyi bıçaqla arvadına üç bıçaq zərbəsi vurub, daha sonra qadının boğazını kəsib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Əliyev tutularaq istintaqa cəlb edilib.

Kateqoriya üzrə digər xəbərlər

Bərdədə mağazadan oğurluq edildi

Admin

Füzulidə sərhəd pozucusu saxlanıldı – FOTO

Admin

Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış: Yaralılar var – YENİLƏNİB

Admin

“The Times-Azerbaijan” şirkətinin direktoru həbs edildi – FOTO

Admin

Bakı sakinlərindən narkotik götürülüb

Admin

Çində dəhşətli qəza – 11 ölü, 19 yaralı

Admin

Şərh yazın