Image default
HÜQUQ

Məhkəmə jurnalist Mahir Xəttabı ev dustaqlığına buraxmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Azadinfo. az saytının rəhbəri, hazırda həbsdə olan Mahir Ələkbərovun (Xəttab) barəsində olan həbs qəti imkan tədbiri ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Məhkəmə Mahir Ələkbərovun ev dustaqlığına buraxılmasını məqbul saymayıb.

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Kateqoriya üzrə digər xəbərlər

Rövşən Əkbərovun məhkəməsində öldürülən şəxsin həyat yoldaşı dindirildi

Admin

Şəhid adının küçələrə və məktəblərə verilməsi qaydalari

Admin

Erməni terrorçu dəstənin məhkəməsi təxirə salındı

Admin

“Bakılift-2”nin keçmiş rəisi məhkəmə zalından azadlığa buraxıldı

Admin

Azərbaycanda sabiq məmurun cinayət işi məhkəməyə göndərildi

Admin

Yüz minlik dələduzluqda ittiham olunan partiya sədrindən xəbər var – FOTO

Admin

Şərh yazın