Image default
AZƏRBAYCAN HÜQUQ

Məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası MM-də nümayiş olunub

Milli Məclisdə bir sıra məhbuslara tətbiq ediləcək elektron nəzarət cihazı və cihaza qulluq qaydası nümayiş etdirilib.

Bu barədə bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən iclasda ikinci oxunuşda müzakirəyə çıxarılan Cəzaların İcrası  Məcəlləsində dəyişiklik edilməsi haqqında qanununun layihəsi barədə təqdimatla çıxış edən millət vəkili Kamal Cəfərov məlumat verib.

Cihazı nümayiş etdirən K. Cəfərov deyib ki, cihaz məhbusun barmaq izi ilə 4 saatlıq işə salınır. Cihazı gün ərzində bir dəfə bir saat elektrik enerjisi ilə təmin etmək üçün müvafiq avadanlıq da nümayiş olunub: “Cihaza qulluq da yalnız bundan, yəni gündə bir dəfə elektrik enerjisi ilə doldurulmasından ibarətdir”.Qeyd edək ki, qanun layihəsinin birinci oxunuşda parlamentdə müzakirəsi zamanı cihazlara qulluğun necə həyata keçiriləcəyi barədə məsələ qaldırılmışdı.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda 12 min ailəyə DƏSTƏK LAYİHƏSİ – İş aparılır

Admin

Türkiyə prezidentinin sözçüsü: “Diplomatiya adı altında işğalı sürdürməyə çalışanların cəhdləri boşa çıxacaq”

Admin

Kərəm Mustafayev Hulusi Akarla görüşdü – FOTO

Admin

Bağçalıdan QARABAĞ AÇIQLAMASI

Admin

Nazirlik rəsmisi: “Polietilen torbaların istehsalı və satılması qadağan olunacaq”

Admin

Siyavuş Novruzov DİN-i məhkəməyə verir: “400 min manat tələb edirəm”

Admin

Şərh yazın