TƏHSİL

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şagirdlər portal üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər.

Minimum 30 faiz nəticə göstərən şagirdlər seçim mərhələsinə buraxılıb.

Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcək.

Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 29 iyun 2021-ci il tarixinədək info@olimpiada.edu.az elektron ünvanı vasitəsilə qəbul edilir.

Kateqoriya üzrə digər xəbərlər

Bugünkü imtahanda 1 nəfərdə telefon aşkarlandı – Zaldan çıxarıldı

Admin

Gənc müəllimlərə verilən kompensasiya artırıldı

Admin

Zəngsiz, gülsüz, məsafəli birincilər – VİDEO

Admin

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı – VİDEO

Admin

Sabahdan məktəblər açılır

Admin

DİQQƏT: Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılır

Admin

Şərh yazın