Image default
DÜNYA

Lavrov Qarabağla bağlı son açıqlamasında nə demək istəyib? – MÖVQE

Bu gün Qarabağda hər hansı status müzakirə mövzusu ola bilməz. Cənab Prezident İlham Əliyev də bu məsələ ilə bağlı dəfələrlə qətiyyətli mövqeyni ortaya qoyub”.

Bunu   açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun mövqeyini şərh edərkən deyib.

Sergey Lavrov “Primakov qiraəti” forumundakı çıxışında deyib ki, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur.

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”, – deyə S.Lavrov əlavə edib.

Millət vəkili C.Məmmədov xatırladıb ki, Azərbaycan Vətən müharibəsində qələbəsini təmin etdikdən sonra status məsələsi də arxivə qovuşub.

“Azərbaycan dəfələrlə statusun yolverilməzliyini və mümkünsüzlüyünü vurğulayıb. Rusiyanın xarici işlər nazirinin də mövqeyində bu məsələ öz əksini tapıb. İndi əsas prioritet bölgədə sülhün və təhlükəsizliyin təmininə, kommunikasiya layihələrinin icrasına yönəlib. Ən vacib məsələlərdən biri isə Zəngəzur dəhlizinin açılmasıdır”, – deyə C.Məmmədov söyləyib.

Deputat qeyd edib ki, bölgə dövlətləri regionda sülhün təmin olunmasında maraqlıdırlar.

Parlamentarinin fikrincə, regionda sülh və təhlükəsizlik üçün bölgə xalqlarının birgəyaşayışı təmin edilməlidir:

“Bu gün bütün tərəflərin məqsədi odur ki, bölgədəki xalqlar bir yerdə yaşasın və gələcəyə birgə baxa bilsin. Lavrovun açıqlaması da onu göstərir ki, region dövlətləri üçün də prioritet məsələ sülhdür. Bu gün hansısa statusun müzakirəsi aktual deyil və gələcəkdə də bu məsələ önəm daşımayacaq”, – deyə C.Məmmədov fikrini yekunlaşdırıb.

Kateqoriya üzrə digər xəbərlər

Donald Trampın keçmiş köməkçisi həbsxanadan buraxıldı

Admin

Moskvada qapalı görüş: Putin sərhəd probleminin həllinə tələsir

Admin

ÜST-dən 5G ilə bağlı açıqlama: Radiodalğalar… – Video

Admin

Beynəlxalq Qırmızı Xaç Komitəsi Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib

Admin

Xakasiya sakini övladını narkotik maddə istifadəyə məcbur etdi

Admin

Rusiyada təyyarə qəza enişi etdi, detallardan biri yaxınlıqdakı marketin damından düşdü – FOTO/VİDEO

Admin

Şərh yazın