Image default
HADİSƏ / CİNAYƏT

Lənkəranda transformator məntəqələri təhlükə saçır? – İDDİA + FOTO/VİDEO

Lənkəranda təhsil müəssisələrində qoyulan transformatorlar təhlükə saçır.

Bu barədə məlumat redaksiyasına müraciət ünvanlanıb.

Məlumatda qeyd olunur ki, Lənkəranda “Azərişıq” ASC-nin mövcud olan transformator məntəqələri heç bir texniki normalara cavab vermir:

“Belə ki, qapıları olmayan, sökülmüş, ölümə səsləyən, texniki normalara uyğun olmayan transformator məntəqələri yeni tədris ilində uşaqlar üçün sözün əsl mənasında təhlükə mənbəyidir. Qəzalı vəziyyətdə olan transformator məntəqələrində narkomanlar yuva salıb”.

Şikayətdə o da qeyd olunub ki, transformator məntəqələrində qapı yoxdur, təhlükəsizlik üçün qıfıl əvəzinə isə paslı məftillərdən istifadə olunub:

“Məntəqələrin ətrafında olmalı olan qoruyucu baryer hasarlar ümumiyyətlə yoxdur”.

Söhbət Lənkəran şəhər Azər Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdən, Lənkəran Peşə Liseyindən, Lənkəran şəhəri R.Məmmədov adına 5 nömrəli tam orta məktəbdən, Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbdən, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydən gedir.

Məsələ ilə bağlı “Azərişıq” ASC-yə sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətindən bildirildi ki, “Azərişıq” ASC tərəfindən demək olar bütün regionlarda yenidənqurma və təmir bərpa işləri görülməkdədir. O cümlədən Lənkəran rayonu ərazisində son bir neçə ay ərzində orta ümumtəhsil məktəblərinin ərazisində və təhsil ocaqlarına yaxın ərazilərdə yerləşən transformator məntəqələrində yenidənqurma işləri görülür. Bəzi hallarda isə həmin ərazilər yeni KTM-lərlə təmin edilir. Hazırda isə altı təhsil ocağının ərazisində təmir bərpa işləri görülür. Yeni tədris ili başlayanadək bütün işlər yekunlaşacaq.

 

Könül Cəfərli

Kateqoriya üzrə digər xəbərlər

Bakıda taksi sürücüsü sərnişinə bıçaqla hücum etdi

Admin

Rüşvətə görə saxlanılan vəzifəli şəxsin məhkəməsi başlayır

Admin

Bakı sakini qayınata və qayınanasını yandırdı

Admin

Bakıda dava ölümlə bitdi: Xüsusilə təhlükəli cinayətkar tutuldu

Admin

Bazarın ortasında doğduğu uşağı polietilen torbada küçəyə tulladı – VİDEO

Admin

Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib – FOTO

Admin

Şərh yazın