Image default
HADİSƏ / CİNAYƏT

Kürdəmirdə ağır yol qəzası olub, ölən və xəsarət alan var

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Land Rower” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 58 yaşlı Şükürov Elman Qüdrət oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin Ucar sakini 29 yaşlı Səfərəliyev Ələkbər Rafiq oğlu isə müxtəlif növ ağır bədən xəsarətləri ilə əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına daha sonra usə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən şəxsin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycana 15 kiloqrama yaxın narkotik gətirən şəxslər tutuldu – VİDEO

Admin

DİN Bərdədə baş vermiş traktor qəzası ilə bağlı məlumat yaydı

Admin

Bakı sakini Gürcüstan vətəndaşını aldadıb, 10 min dollarını aldı

Admin

Həbsxanadan qaçan məhkumların tutulma əməliyyatı – VİDEO Daha ətraflı

Admin

İtkin düşən “Emmy” mükafatçısı evindəki zibillikdə ölü tapıldı – FOTO

Admin

Baş Narkotiklə Mübarizə İdarəsindən əməliyyat: Keçmiş məhkum tutuldu

Admin

Şərh yazın