Image default
SƏHİYYƏ

Koronavirusdan sağalan şəxsə “qara kif” diaqnozu qoyuldu: Xəstə sol gözünü itirdi

Meksikanın paytaxtı Mexiko şəhərində həkimlər COVID-19 virusuna yoluxaraq sağalan 34 yaşlı şəkərli diabet xəstəsinə “qara kif” diaqnozu qoyublar.

Bu barədə yerli “Milenio” nəşri məlumat yayıb.

Belə ki, Qreqorio Avendanyo adlı şəxs may ayının əvvəlində koronavirusa yoluxub. Evdə müalicə alan xəstə bir müddət sonra sağalaraq normal həyata dönüb.

Lakin 26 mayda Qreqorio Avendanyonun halı qəfil pisləşib və üç gün sonra üz sinir iflici ilə xəstəxanaya aparılıb. Bir neçə gündən sonra xəstə nitqini də itirib.

Xəstənin qohumları bildirib ki, hazırda həkimlər onun sol gözünü əməliyyat edərək çıxaracaqlar. Hətta infeksiyanın beyinə yayılma ehtimalı da var.

Kateqoriya üzrə digər xəbərlər

Baş nazirdən kimyəvi silahın məhv edilməsi ilə bağlı QƏRAR

Admin

Azərbaycanda koronavirusa yoluxanların sayı ilk dəfə 500-ü keçdi – Altı nəfər vəfat etdi + VİDEO

Admin

Qardabanidə COVID-19-a yoluxanların sayı 46-ya çatdı

Admin

Koronavirusa yoluxmuş idmançımız danışdı: “Ağciyərimdə kristal şüşə görüntüsü var” – FOTO

Admin

Ağcaqanad tez-tez sancırsa, bunları edin – TƏBİİ ÜSULLAR

Admin

Daha 363 nəfər koronavirusa yoluxdu, 622 nəfər sağaldı

Admin

Şərh yazın