Image default
TEXNOLOGİYA

“Könüllülər ili”nə həsr olunmuş poçt markası hazırlanıb – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü əsasında 2020-ci il – “Könüllülər ili” ilə əlaqədar hazırlanmış poçt markası artıq dövriyyəyə buraxılıb.

Qurumdan verilən məlumata görə, məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Könüllülər ili”nə töhfə verməkdir.

Poçt markasının təsvirində aydın səma fonunda əl-ələ tutmuş 3 insan silueti simvolik olaraq insanlar arasındakı birliyi, həmrəyliyi, qarşılıqlı köməyi ifadə edir. İnsan fiqurları arasındakı boşluqlar isə qədim zamanlardan sülh quşu, qayğı, xoş məram simvolu sayılan göyərçin silueti əmələ gətirir.

Poçt markası rəssam Vüqar Əyyubovun dizaynı əsasında hazırlanıb və 7 min tirajla çap olunub.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda ilk dəfə: Dənizdə mobil internet!

Admin

Bu tarixədək bütün ölkə ərazisi internetlə təmin olunacaq

Admin

Əgər smartfon vasitəsi ilə sizi izləmək istəsələr…

Admin

“Samsung Galaxy Z Fold 2”: Gələcək bildiyinizdən daha yaxındır

Admin

“WhatsApp” yeni ildən bir sıra mobil telefonlarda işləməyəcək

Admin

“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi – YENİLƏNİB

Admin

Şərh yazın