Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

KİV: Kabildə baş verən yanğın nəticəsində 9 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabilin şimalında dünən axşam saatlarında baş verən yanğın nəticəsində ən azı 9 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu gün TOLO xəbər telekanalı Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

Telekanalın məlumatına görə, Kabil yaxınlığında yerləşən ərazilərdən birində benzinlə dolu bir tanker alışıb. Tezliklə yanğın digər yanacaq daşıyan maşınlara, eləcə də yaxınlıqdakı yük maşınlarına və avtomobillərə keçib.

Şahidlərin sözlərinə görə, ümumilikdə 50-yə yaxın nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə ilə əlaqədar olaraq, Kabilin bir çox bölgəsinə elektrik enerjisinin verilməsi  dayandırılıb və onun bərpası üçün işlər davam etdirilir.

Hazırda yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda 23 yaşlı qız özünü asdı

Admin

Ermənistanın ABŞ-dakı yeni lobbiçisi: 97 yaşlı Bob

Admin

Daşkəsəndə qəza: Ölən və yaralanan var

Admin

Çində bina çokdü: Ölənlər var

Admin

Prokurorluq qohumunun evində ölən şəxslə bağlı məlumat yaydı

Admin

Erməni təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb

Admin

Şərh yazın