Image default
TEXNOLOGİYA

Kartınızdan pullar bu cür oğurlana bilər

Kart məlumatlarının başqa şəxslər tərəfindən ələ keçirilməsi daha çox gündəlik istifadə etdiyimiz brauzerlərdə alış-veriş edərkən baş verir. Bu brauzerlərdə bank kartlarının məlumatlarını daxil etdikdə bizə onların brauzerin yaddaşında saxlanması ilə bağlı sorğu gəlir. İnsanların əksəriyyəti bu sorğunu önəmsəmir və buna icazə verir. Ancaq buna diqqət etmək lazımdır. Brauzerlərdə istifadə edilən poçt hesablarında problem yaranarsa, bu məlumatlar da itə bilər.

Açıqlamasında informasiya texnologiyaları mütəxəssisi Nəcmin Məmmədli son zamanlarda artan kiberhücumlarla bağlı danışarkən deyib.

O bildirib ki, əvvəllər bank kartlarının arxasındakı üç rəqəmli nömrələr daxil edilməsə, onlardan istifadə etmək olmurdu:

“Müasir dövrdə elə saytlar var ki, bu kodlar olmadan da kartlardakı məlumatların və pulların götürülməsi mümkündür. Bunun qarşısını almaq üçün “3-D Secure” (onlayn kredit və bank kartı əməliyyatları üçün təhlükəsizlik təbəqəsi) və iki faktorlu qoruma xidmətlərindən istifadə etmək lazımdır. Bu xidmətlərdən istifadə zamanı şəxsi nömrəyə göndərilən kodlar olmadan kartlardan çıxarış etmək mümkünsüzdür.

Eyni zamanda son vaxtlar xarici nömrələrlə insanlara Vatsap və digər sosial şəbəkələr vasitəsilə mesajlar göndərirlər ki, siz müəllif hüquqlarını pozmusunuz. Bu mesajlardakı linklərə daxil olduqda telefonlardakı bütün məlumatlar digər şəxslərin əlinə keçir.

Bəzən diqqətsizlikdən daha çox məşhur insanların sosial şəbəkə hesabları kiber-dələduzlar tərəfindən ələ keçirilir və başqa məqsədlər üçün istifadə edilir. Buna səbəb Azərbaycanda əksər insanların sosial şəbəkə hesablarına əlavə etdikləri poçt hesablarından xəbərdar olmamasıdır. Bu poçt hesablarının məlumatlarını unutmamaq, qeyd etmək lazımdır.

Bu cür problemlər baş verdikdə insanlar bu problemləri xaricdə yaşayan şəxslərlə, onlayn formada həll etməyə çalışırlar. Yaxşı olar ki, bunlar mütəxəssislərlə birgə, əyani şəkildə həll edilsin”.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara son günlərdə bankları hədəf alan “fişinq” hücumlar barədə dəfələrlə xəbərdarlıq edib.

Kateqoriya üzrə digər xəbərlər

Məktəblərə gələn valideynlərdən COVID-19 pasportu tələb edirlər? – AÇIQLAMA

Admin

Elektron imza alanların sayı açıqlanıb

Admin

“WhatsApp”da yeni funksiya istifadəyə verilir: Fayllar avtomatik silinəcək

Admin

“Bravo”dan vatsapda yayılan mesajla bağlı əhaliyə XƏBƏRDARLIQ

Admin

Bakıda Vəkil Bürosu ilə “Legalaid” arasında əməkdaşlıq müqaviləsi imzalandı: Mobil tətbiq istifadəyə verildi

Admin

Avstraliya XİN səhvən minlərlə vətəndaşın elektron poçt məlumatlarını açdı

Admin

Şərh yazın