Image default
HADİSƏ / CİNAYƏT İDMAN

Karantin qaydalarını pozan Əməkdar məşqçi ilə bağlı qərar veriləcək

“Bu hadisədən mənim xəbərim olmayıb. Bunu o, öz izahatında da göstərib. Məni də Sumqayıt Şəhər Polis İdarəsinə çağırmışdılar. Mən də izahatımda bundan xəbərimin olmadığını göstərmişəm”.

Bunu  “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Fuad Aslanov deyib.

Sumqayıt Şəhər Polis İdarəsi 12-ci mikrorayon ərazisindəki yaşayış binasının zirzəmisində fəaliyyət göstərən idman zalında karantin qaydalarının pozulması faktını aşkarlayıb. Orada 80-ə yaxın boksçunun iştirak etdiyi məlum olub.

Nəticədə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin boks müəllimi, Əməkdar məşqçi Anar Baxışov və şəhərin 11-ci mikrorayonunda fəaliyyət göstərən “Rafael” idman klubunun boks müəllimi Valeh Əliyev Sumqayıt polisi tərəfindən inzibati məsuliyyətə cəlb olunub.

Boks üzrə Olimpiya mükafatçısı olmuş Fuad Aslanov qaydaların pozulduğunu və məktəbin müəllimi Anar Baxışov barədə intizam tədbiri görəcəklərini bildirib:

“Əslində bu, yarış olmayıb. Sadəcə olaraq, dünən digər idman klubunun boksçuları ilə “sparring” görüş olub. Karantin qaydalarına zidd olaraq, çoxlu sayda idmançı orada iştirak edib.

Boks məşqçimiz özbaşına hərəkət edib. Mən də onun üçün bir tədbir görəcəyəm. Onun işdən çıxarılmasından söhbət getmir. Çünki Anar Baxışov Əməkdar məşqçidir, Avropa mükafatçısının müəllimidir. Sadəcə olaraq, məktəbin Pedaqoji Şurasında onun bu hərəkətini kafi qiymətləndirəcəyik və töhmət verəcəyik”.

Kateqoriya üzrə digər xəbərlər

İtkin düşən 29 yaşlı Ucar sakini axtarılır – FOTO

Admin

Həbs edilən general: 17 il nazirlik edən Əhmədov kimdir? – DOSYE

Admin

Qalatasaray misirli hücumçu aldı

Admin

Göyçayda keçmiş məhkum narkotiklə saxlanıldı – FOTO

Admin

Oğlunu 29 il bağlı otaqda saxlayan ana həbs edildi

Admin

Bakıda yük maşını avtobusa çırpıldı: Beş ölü, çox sayda yaralı var – FOTO + YENİLƏNİR

Admin

Şərh yazın