Image default
HADİSƏ / CİNAYƏT

İsmayıllıda 18 yaşlı gənc tanışını amansızlıqla qətlə yetirdi

Dünən saat 20:00 radələrində İsmayıllı rayon sakini 2002-ci il təvəllüdlü Musayev Fərid Mehdi oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə İsmayıllı Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 2002-ci il təvəllüdlü Məsimli Səxavət Sübhan oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirməklə Fərid Musayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Səxavət Məsimli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Füzulidə ağır yol qəzası – ÖLƏN VAR

Admin

Bakıda 17 yaşlı oğlan özünü 15-ci mərtəbədən atdı

Admin

Salyanda yanğın oldu

Admin

Sumqayıtda kişini maşın vurub öldürdü – YENİLƏNİB

Admin

Beyləqanda asfalt daşıyan “KamAZ” aşıb

Admin

Oğuzda üç tondan artıq çətənə kolu məhv edilib

Admin

Şərh yazın