Image default
HƏRBİ

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Kateqoriya üzrə digər xəbərlər

Əsir düşən erməni snayper qadının Livana təhvil verilməsi ilə bağlı RƏSMİ MƏLUMAT – FOTO

Admin

Cəbhədəki son vəziyyət açıqlanır – CANLI YAYIM

Admin

Müdafiə Nazirliyi: “Düşmən döyüşə girməkdən çəkinir”

Admin

Müdafiə naziri qəfil “voenkomat”a girdi və… – “Bu nə işdir belə?!” (VİDEO)

Admin

Bu ərazilərin azad olunması tarixi qələbədir – Polkovnik

Admin

Şəhid ərini çiyinlərində daşıyan qadın – VİDEOREPORTAJ

Admin

Şərh yazın