Image default
HƏRBİ

İşğalçı Ermənistan ordusu atəşkəsi 69 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 69 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikasının Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Kateqoriya üzrə digər xəbərlər

General-polkovnik sülhməramlıların Qarabağa gəlişini belə izlədi

Admin

Ermənistan Azərbaycanla sərhədə əlavə qüvvələr cəlb edib?

Admin

“Heç ağlıma gəlməzdi ki, oğlum da təcili tibbi yardım maşınının içərisindədir” – VİDEO

Admin

Qarabağda erməni zabitlərin həbsinə başlanıldı

Admin

Azərbaycan hərbçisindən çağırış – VİDEO

Admin

ABŞ səfirliyi Azərbaycan sülhməramlılarına təşəkkür etdi – FOTO

Admin

Şərh yazın