Image default
AZƏRBAYCAN DÜNYA

İranda azərbaycanlı fəallara hökm oxundu

İranda cənubi azərbaycanlı milli fəallar barədə məhkəmə qərarı elan edilib.

Milli fəallar Təbriz Cəza Məhkəməsinin 111-ci şöbəsinin daha əvvəl barələrində irəli sürülən “qeyri-adi hərəkətlər etmək və səs-küy salmaqla ictimai asayişi pozmaq, qanunsuz aksiyaya qatılmaqla vətəndaşların əmək fəaliyyətlərinə, təhlükəsizliyinə əngəl törətmək” ittihamından bəraət alıblar.

Barələrində qərar çıxan fəallar Cabbar Rahdar, Hadi Əfsəri, Qulamhüseyn Qaracadağı, Puya Xudayi, Şayan Təqəvi, Yaşar Kazımi, Arif Muradpur, Əbülfəz Kəraməti, Hüseyn Yusifi, Ulduz Qasımi və Munirə Çəmən Gülzardır.

Qeyd edək ki, sözügedən şəxslər iyulun 24-də Təbrizdə su qıtlığına qarşı və ərəb icmasının etirazlarına dəstək olaraq keçirilən aksiyalarla bağlı saxlanılmışdılar. Onların bir çoxu ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Təbriz həbsxanasına köçürülüb və girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılmışdı.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda ləğv edilən qadağalar – SİYAHI

Admin

Putin Paşinyanla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi

Admin

İki ölkəni qarışdıran və 74 uşağa təcavüzdə ittiham olunan müəllimlə bağlı qərar verildi – FOTO

Admin

Daxili işlər naziri rəis müavini təyin etdi

Admin

Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR

Admin

Gələn ilin bayram günləri açıqlandı

Admin

Şərh yazın