Image default
HƏRBİ

“İrəli” İctimai Birliyi “Hərb Oyunları” layihəsinə start verir

“İrəli” İctimai Birliyi gənclərdə hərbi vətənpərvərlik hissinin aşılanması, zəfər ruhunun formalaşması istiqamətində tədbirlərini davam etdirir.

Belə tədbirlərin davamı kimi ictimai birlik Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyilə gənclərin vətənpərvər və sağlam ruhda inkişafına fokuslanmış “Hərb Oyunları” layihəsinə start verir.

Layihənin məqsədi Vətən müharibəsində qazandığımız böyük qələbənin ardından gənclərdə hərb sahəsinə olan marağın günü-gündən artmasını özündə ehtiva edərək, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirmək, onlarda orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaratmaqdır. Qeyd edək ki, layihə çərçivəsində həyata keçiriləcək tədbirlər də məhz gənclərin bu istiqamətdə formalaşması, eyni zamanda hərbi sahədə bilik və bacarıqlarının artırılmasına hesablanıb.

Layihə boyunca ekstremal şəraitdə 100-ə yaxın gəncin maneəli qaçış, atıcılıq, bıçaqatma, əlbəyaxa döyüş və digər müxtəlif idman növləri üzrə yarışı təşkil olunacaq, gənclər yarışlarda birincilik uğrunda mübarizə aparacaq. Həmçinin, bir həftə ərzində peşəkar idmançılar ilə ustad dərsləri, mentorlar tərəfindən xüsusi təlimlər, hərbi yönümlü fiziki-psixoloji və intellektual oyunların da keçirilməsi nəzərdə tutulur.

27 avqust – 2 sentyabr tarixlərində Ağdam rayonunda baş tutacaq layihənin sonunda keçirilən yarışlarda qələbə qazanmış komandalar kubok və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.

Xatırladaq ki, gənclərdə hərbi vətənpərvərlik hissinin formalaşması, onların sağlam ruhda inkişafı istiqamətdə təşkilat tərəfindən 27 iyul – 3 avqust tarixlərində Göygöl rayonunda “Marş İrəli” layihəsinin üçüncü mövsümü uğurla həyata keçirilib. Silsilə layihənin ilk mövsümü 2018-ci ildə Ağdam, ikinci mövsümü isə 2019-cu ildə Goranboy rayonunda baş tutub. Həyata keçirilən layihənin üç mövsümündə ümumilikdə 500-ə yaxın gənc iştirak edib.

“İrəli” İctimai Birliyi bundan sonra da vətənpərvər gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirlərini davam etdirəcək.

Kateqoriya üzrə digər xəbərlər

Ermənilər atəşkəsi snayper tüfəngləri ilə pozdu

Admin

Türk dövlətindən Azərbaycana BÖYÜK DƏSTƏK

Admin

Erməni taboru Tonaşendən qaçır – Xəbərlərin 13:00 buraxılışı

Admin

Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb.

Admin

YUNESKO-nun sülh artisti: Ermənistan Haaqa məhkəməsində cavab verməlidir

Admin

Ermənilərin daha bir texnikası ələ keçirildi – FOTO

Admin

Şərh yazın