Image default
AZƏRBAYCAN İQTİSADİYYAT

İpoteka ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Milli Məclisin bu gün keçirilən iclasında “İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, qanuna yeni 43.7-1-ci maddə əlavə olunur. Həmin maddəyə görə, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan protokol imzalayacaqlar.

Bununla yanaşı, ipoteka ilə bağlı Vergi Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqında” qanuna dəyişikliklər təklif edilir. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda rəis işdən çıxarıldı – YENİ TƏYİNAT

Admin

Azərbaycanlı akademik vəfat etdi – YENİLƏNİB + FOTO

Admin

Bu il əfv edilənlərin sayı çox ola bilər – Əliməmməd Nuriyev – VİDEO

Admin

Bakı Kremlin gözünü açdı: Moskvadan Paşinyana tərs şillə!

Admin

Hikmət Hacıyev: “Son raket hücumları Ermənistanın hərbi doktrinasının necə aqressiv olduğunu təsdiqlədi”

Admin

UEFA Azərbaycan klubuna pul ayırdı

Admin

Şərh yazın