Image default
HƏRBİ

İngiltərədə müxalifət “Telegram”a qarşı sanksiyalar tələb edir

Böyük Britaniyanın müxalif Leyborist Partiyasının lideri Kir Starmer “Telegram”ı “ekstremistlər üçün tətbiq” adlandırıb.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, müxalifət lideri ölkənin baş naziri Boris Consondan esktremizmə, zorakılığa və irqi nifrətə çağırışlar edən videoların yerləşdirildiyi onlayn platformalara, o cümlədən də Telegram-a qarşı sərt addımların atılmasını tələb edib.

Sramer həmçinin “Facebook” və “Instagram”ın da “təhlükəli alqoritmlərini” tənqid edərək bildirib ki, Tik Tok platformasında İslam ektremizminə və qəti sağ hərəkatlara çağırışlar edən videolara baxmaq mümkündür.

“Artıq üç ildir ki, hökumət İnternetdə təhlükəsizlik barədə qanun layihəsini təklif edib, lakin sənəd hələ də parlamentə təqdim olunmayıb… Həmin qanunun müdəalarına görə onu pozan platformaların rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmur. Niyə?”, – deyə Starmer Consona xitab edərək soruşub.

Britaniyalı baş nazir cavabında bildirib ki, hökumət ilin sonuna qədər haqqında danılşılan qanun layihəsini parlamentin müzakirəsinə təqdim etməyə çalışacaq və sənədin müddəalarını pozanlara qarşı cəzaların sərtləşdirilməsi imkanlarını nəzərdən keçirəcək.

Kateqoriya üzrə digər xəbərlər

İlham Əliyev Ermənistan təbliğatının iç üzünü açdı

Admin

Vətən müharibəsi qazisi 10 ay sonra yaralandığı yerdə – VİDEO

Admin

Ordumuz düşmənin atəş mövqeyinə çıxardığı zirehli texnikaları məhv etdi – VİDEO

Admin

Erməni əsgərlər arasında atışma olub

Admin

Qarabağda döyüşən vəzifəli şəxs kimdir? – Babasının evini tapdı və…/VİDEO

Admin

Keçmişin, bu günün, gələcəyin ən şərəfli və sevincli qələbə müjdəsi!

Admin

Şərh yazın