Image default
HADİSƏ / CİNAYƏT

İmişlidə fəhlənin faciəvi şəkildə ölümü ilə bağlı – RƏSMİ AÇIQLAMA

Oktyabrın 12-si saat 14 radələrində İmişli rayonu ərazisində Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında fəhlə işləyən 1980-ci il təvəllüdlü Ramil Şirinovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İmişli Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, hidroqovşaq ərazisində ekskavatorla hamarlama işləri aparılarkən ekskavatorun yük hissəsi ilə beton hissəciyin arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Kateqoriya üzrə digər xəbərlər

Həbsxanada kriminal qruplaşmalar arasında QANLI TOQQUŞMA: minlərlə polis və əsgər göndərildi

Admin

Azərbaycanda 2 nəfər maşının altında qalıb öldü

Admin

Ermənistanda dəhşətli polis zorakılığı üzə çıxdı – VİDEO

Admin

Xızı sakinindən narkotik götürüldü – FOTO

Admin

Bakıda polis oğurlanan “Prado”nu qaçaraq saxlamaq istədi – ANBAAN VİDEO

Admin

Azərbaycanda yeniyetmə idmançı faciəvi şəkildə öldü

Admin

Şərh yazın